İrlandiya Azərbaycana pendir tədarükünü bərpa edib

ASK
  • 08 fevral, 2022
  • 13:09
İrlandiya Azərbaycana pendir tədarükünü bərpa edib

Ötən ilin 11 ayı ərzində Azərbaycana xaricdən 20 milyon 567,19 min ABŞ dolları dəyərində 5 min 768,29 ton pendir gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 10,11 %, kəmiyyət olaraq – 8 % artıb.

Hesabat dövründə Almaniyadan 3 milyon 218,82 min ABŞ dolları dəyərində 763,9 ton, Türkiyədən 3 milyon 080,28 min ABŞ dolları dəyərində 768,92 ton, Litvadan 3 milyon 013,71 min ABŞ dolları dəyərində 688,51 ton, Rusiyadan 2 milyon 248,78 min ABŞ dolları dəyərində 570,68 ton, İrandan 2 milyon 166,79 min ABŞ dolları dəyərində 1 min 297,02 ton məhsul alınıb.

2020-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisdə Almaniyadan idxal müvafiq olaraq 0,84 % artıb və 6,52 % azalıb, Türkiyədən – 50,73 % və 52,76 % artıb, Litvadan – 0,67 % artıb və 11,77 % azalıb, Rusiyadan – 20 % və 20,99 % artıb, İrandan – 2,93 dəfə və 3 dəfə artıb. İkiillik fasilənin ardından İrlandiyadan pendir tədarükü bərpa edilib. Azərbaycan bu ölkədən 0,99 min ABŞ dolları dəyərində 0,06 ton məhsul alıb.

Son 4 ildə Azərbaycandan pendir ancaq Rusiyaya ixrac edilib. Ötən il bu ölkəyə 6 milyon 210,58 min ABŞ dolları dəyərində 1 min 070,8 ton məhsul göndərilib. 2020-ci ilin 11 ayı ilə müqayisədə tədarük dəyər ifadəsində 42,76 %, kəmiyyət olaraq – 44,78 % azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti