Belarus və Azərbaycan arasında qarşılıqlı ticarət intensiv inkişaf edir və iki ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfədir.
“Report” BELTA-ya istinadən xəbər verir ki, bunu Belarusun kənd təsərrüfatı nazirinin müavini İqor Petroşenko Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin açılış mərasimində deyib.
“Belarus hər il “Caspian Agro” və “Inter Food” sərgilərində fəal iştirak edir. Belarus şirkətləri bu gün ət, süd, qənnadı məmulatları, balıq və digər ərzaq növlərini, həmçinin gübrələri, baytarlıq dərmanlarını, hazır kənd təsərrüfatı texnikası və şin məmulatlarını geniş çeşiddə təqdim edirlər. Belarus və Azərbaycan arasında ərzaq məhsulları üzrə qarşılıqlı ticarət sürətlə inkişaf edir və iki ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir”, - o bildirib.
Nazir müavini vurğulayıb ki, Belarus ənənəvi olaraq Azərbaycana qida emalı sənayesi üçün xammal da daxil olmaqla, əhəmiyyətli həcmdə və geniş çeşiddə ət, süd və digər məhsulları tədarük edir.