İlhamə Qədimova: “Son 5 ildə suvarma sistemlərinin qurulmasına 93 milyon manat subsidiya ayrılıb”

İlhamə Qədimova: “Son 5 ildə suvarma sistemlərinin qurulmasına 93 milyon manat subsidiya ayrılıb” ​​​​​​​Azərbaycanda son 5 ildə 38,2 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb
ASK
28 Avqust , 2024 10:28
İlhamə Qədimova: “Son 5 ildə suvarma sistemlərinin qurulmasına 93 milyon manat subsidiya ayrılıb”

Azərbaycanda son 5 ildə 38,2 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, ökədə intensiv kənd təsərrüfatının inkişafı üçün dövlət dəstəyi mövcuddur: “Müasir suvarma sistemlərinin tətbiqini stimullaşdırmaq üçün müxtəlif güzəştlər və subsidiyalar tətbiq olunur. Fermerlərlə sıx əməkdaşlıq etmək və onların iqlimə davamlı yanaşmaları mənimsəmələrinə dəstək vermək isə bu prosesi sürətləndirə bilər. Fermerlərin su ehtiyatlarını səmərəli istifadə etmələri və iqlim dəyişikliklərinə uyğunlaşmaları, sektorun davamlı inkişafı üçün həlledici addımlardır. Bu istiqamətdə fəaliyyətlər, COP29 zamanı - noyabrın 19-da keçiriləcək Ərzaq, Kənd Təsərrüfatı və Su Günündə təqdim ediləcək "Harmoniya Təşəbbüsü"nün əsas hədəflərindən biridir. Bu təşəbbüs, kənd təsərrüfatı icmalarına və fermerlərə müasir su idarəetmə sistemləri və iqlimə davamlı yanaşmaları tətbiq etmək üçün lazımi dəstəyi təmin etməyi qarşısına məqsəd qoyur".

O deyib ki, bunun üçün iqlim dəyişikliklərinə qarşı mübarizə və su idarəetmə sistemlərinin inkişafı sahəsində inkişaf etmiş dövlətlərlə əməkdaşlıq edilməlidir: “Onların təcrübələrindən faydalanmaq, innovativ həllər öyrənmək və bu həlləri öz şəraitimizə uyğunlaşdırmaq, kənd təsərrüfatımızı iqlim dəyişikliklərinə daha dayanıqlı edəcək".

Qeyd edək ki, tədbir ölkədə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamının icrası, cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində həyata keçiriləcək tədbirlərin təşkili və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyinin Tədbirlər Planına uyğun olaraq təşkil olunub. BMT-nin Azərbaycandakı Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) birgə təşkilatçılığı ilə keçirilən konfransda Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi, COP 29 Təşkilat Komitəsi, FAO, Dünya Bankı, eləcə də digər dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

Müzakirələrdən sonra konfransda iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, suyun düzgün paylanması və su itkisini minimuma endirmək üçün yeni texnologiyaların tətbiqi mövzusunda təqdimatlar keçirilib. Tədbirdə su ehtiyatlarının səmərəli istifadəsi, ərzaq təhlükəsizliyi və davamlı su təminatı üçün kənd təsərrüfatında idarəolunan suvarma sistemlərinin rolu, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, müasir suvarma sistemlərinin qurulması və digər aktual məsələlər müzakirələr olunub. Həmçinin, torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, torpaq çirklənməsinin qarşısının alınması, su resurslarından səmərəli istifadə və effektiv torpaq idarəçiliyinin qurulması istiqamətində müzakirələrdə yerli və xarici mütəxəssislər öz fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi