İki ölkədən Azərbaycana avokado idxalı bərpa edilib

ASK
  • 07 mart, 2023
  • 08:26
İki ölkədən Azərbaycana avokado idxalı bərpa edilib

2022-ci il ərzində Azərbaycana xaricdən 936 min ABŞ dolları dəyərində 392 ton avokado (təzə və ya qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə idxal dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 64 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 301 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 200 ton (+2,1 dəfə), Keniyadan 180,68 min ABŞ dolları dəyərində (+8,2 dəfə) 60,23 ton (+8,9 dəfə), Perudan 141,1 min ABŞ dolları dəyərində (-18 %) 46,86 ton (-15 %), Cənubi Afrika Respublikasından 122,9 min ABŞ dolları dəyərində (+5,1 %) 41,16 ton (+5,6%), Lüksemburqdan 92,6 min ABŞ dolları dəyərində (+48 %) 13,45 ton (+2 dəfə) meyvə alıb.

Üç il 7 ayın tamamında Dominikan Respublikasından (0,29 min ABŞ dolları dəyərində 0,1 ton), 1 il 10 aylıq fasilənin ardından Birləşmiş Tanzaniya Respublikasından (0,71 min ABŞ dolları dəyərində 0,19 ton) avokado idxalı bərpa edilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Portuqaliyadan (2,38 min ABŞ dolları dəyərində 0,8 ton) tədarük həyata keçirilib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (12 ölkədən) aldığı 239,3 ton avokadonun 40 %-i Türkiyənin, 23 %-i Perunun, 16 %-i Cənubi Afrikanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti