Gələn il Azərbaycanda 628 min tona yaxın ət istehsalı nəzərdə tutulur

ASK
  • 09 noyabr, 2021
  • 12:03
Gələn il Azərbaycanda 628 min tona yaxın ət istehsalı nəzərdə tutulur

2022-ci ildə Azərbaycanda 627,7 min ton ət (diri çəkidə) istehsal edilməsi nəzərdə tutulur.

"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2023-cü ildə isə 647,3 min ton ət (diri çəkidə) istehsal edilməsi proqnozlaşdırılır. Bu, 2022-ci ilin göstəriciləri ilə müqayisədə 3,1 % çoxdur.

2024-cü ildə isə 667 min ton ət (diri çəkidə) istehsal edilməsi proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 3,04 % çoxdur.

2025-ci ildə də 686,7 min ton ət (diri çəkidə) istehsal edilməsi proqnozlaşdırılır ki, bu 2024-cü ilin göstəricisi ilə müqayisədə 2,95 % çoxdur.

2022-ci ilin yekunlarının proqnozu ilə müqayisədə isə 2025-ci ildə ölkədə ət (diri çəkidə) istehsalı proqnozu 9,4 % artacağı gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti