Azərbaycan kifayət qədər ərzaq məhsulları idxal etdiyi üçün ƏDV-nin differensiallaşdırılmasına, rüsumların sıfırlanması və süni qiymət artımına qarşı antiinflyasiya tədbrilərin gücləndirilməsinə ehtiyac var.
“Report” xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, hazırda ərzaq təhlükəsizliyi qlobal çağırışdır.
"Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Mərkəzi Bankı arasında saziş bağlansın ki, regionlardakı fermerlərin kreditlərə əlçatanlığı asanlaşsın və faiz dərəcələri də kifayət qədər azaldılsın.
Bununla bağlı, digər əsas məsələ regionlarda girov məsələsinin həllidir. Hesab edirik ki, ümumiyyətlə regionlarda girov tələbi ləğv edilməlidir. Çünki şəhərdə insanların girov qoymaq imkanı var, amma regionda bu imkan yoxdur", - V. Əhmədov bildirib.