Çindən Azərbaycana soya idxalı bərpa edilib
- 30 noyabr, 2022
- 09:39
Bu ilin ilk 9 ayında Azərbaycana 9,329 milyon ABŞ dolları dəyərində 13 min 613 ton soya paxlası idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 32,7 %, kəmiyyət olaraq – 35,4 % azdır.
Hesabat dövründə Ukraynadan 9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 13 min 438 ton (+94,3 %), Türkiyədən 299,6 min ABŞ dolları dəyərində (-14,4 %) 162,1 ton (-13,4 %), Avstriyadan 24,37 min ABŞ dolları dəyərində (-35,6 %) 10,84 ton (-48,3 %), Hindistandan 2,52 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 1,99 ton (+99 %) və Çindən 0,01 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alınıb.
On il 10 aylıq aradan sonra Çindən tədarük bərpa edilib.