Cəlilabadda kartofun qiyməti kəskin ucuzlaşıb
ASK
- 29 may, 2023
- 13:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cəlilabad rayonunda kartofun qiyməti kəskin şəkildə ucuzlaşıb.
Bu barədə "Report"un yerli bürosuna bir qrup fermer məlumat verib.
Onların sözlərinə görə, əvvəllər qiymətlər daxili və xarici bazarlara uyğun tənzimlənsə də, son günlər məhsulun qiyməti xeyli aşağı düşüb.
Qeyd olunub ki, bir neçə həftə əvvəl 0,6-1 manata satılan kartofun indiki qiyməti 0,2-0,25 manat civarındadır.
Sahibkarlar kartofun bu qiymətə satışının məhsulun yetişdirilənədək sərf olunan xərcləri ödəmədiyini söyləyiblər.
Amma onlar kartofun xarab olmaması üçün satmağa məcbur olduqlarını bildiriblər.
Qeyd edək ki, Cəlilabadda yetişdirilən kartof məhsulu daha çox Rusiya bazarlarına ixrac olunur.
Son xəbərlər
02:00
ABŞ Arktikadakı hərbi mövcudluğunu genişləndirir
Digər ölkələr01:19
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır
Digər ölkələr01:05
Türkiyədə beynəlxalq dələduzluqla bağlı 95 nəfər saxlanılıb
Region00:57
ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğu əvvəlki miqyasına qayıtmaya bilər
Digər ölkələr00:39
UEFA Millətlər Liqası: IV turun növbəti oyunları keçirilib
Futbol00:16
Liberiya bayrağı altında üzən tanker Qara dənizdə hücuma məruz qalıb
Region23:50
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
Xarici siyasət23:43
Kanadanın Baş naziri Türkiyəyə səfər edəcək
Digər ölkələr23:32