Bu günə qədər 930 min hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib

Bu günə qədər 930 min hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib Bu il Azərbaycanda 1 037 507 hektar sahədə payızlıq əkin aparılması proqnozlaşdırılır.
ASK
30 Dekabr , 2020 10:18
Bu günə qədər 930 min hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib

Bu il Azərbaycanda 1 037 507 hektar sahədə payızlıq əkin aparılması proqnozlaşdırılır.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, bu sahələrin 564 793 hektarı suvarılan, 472 714 hektarı dəmyə sahələrdir.

2020-ci ildə 61 rayonda və Naxçıvan MR-da payızlıq əkin həyata keçiriləcək.

Dekabrın 25-dək proqnozlaşdırılan əkin sahələrinin 95,9 %-də faktiki şum aparılıb, 929 760 hektar sahədə isə səpin işləri həyata keçirilib. Fermerlər 574 383 hektar sahədə buğda, 355 377 hektar sahədə arpa səpib.

Əvvəlki illərdən fərqli olaraq fermerlər əkin zamanı sertifikatlı toxum səpməyə üstünlük verirlər. Sertifikatlı toxumdan istifadə məhsuldarlığın əsas amillərindən biri hesab olunur. Bu günədək səpin prosesində 139 149 ton sertifikatlı toxumdan istifadə olunub ki, bunun da 99 137 tonu buğda, 40 012 tonunu isə arpa toxumu təşkil edir.

Artıq 33 rayonda payızlıq əkinlərlə bağlı şumlama prosesi tam başa çatıb, 19 rayonda isə faktiki şum göstəricisi 90 faizin üzərindədir. Əvvəlki illərdə olduğu kimi bu il də ən çox taxıl əkininin Cəlilabad (70 220 ha) və Şəki (67 000 ha) rayonlarında aparılacağı proqnozlaşdırılır. Kürdəmir (45 000 ha), Neftçala (43 000 ha), Şamaxı (42 000 ha), Füzuli (37 000 ha), Ağsu (35 380 ha), Biləsuvar (33 000 ha), Hacıqabul (33 000 ha), Qobustan (32 000 ha), İsmayıllı (30 000 ha), Ağcabədi (28 324 ha) və Sabirabad (25 300 ha) rayonları ən çox taxıl əkini aparılması proqnozlaşdırılan rayonlar sırasındadır. Ölkə üzrə payızlıq taxıl əkinlərinin təxminən 50 %-i bu 13 rayonun payına düşür.

Bu il Naxçıvan MR-da ümumilikdə 36 880 hektar sahədə payızlıq taxıl əkini nəzərdə tutulur.

Payızlıq əkinlərlə əlaqədar şum işləri və taxıl səpininin optimal müddətdə yekunlaşması gözlənilir.

Son xəbərlər

Orphus sistemi