Başqırdıstan bu ilin əvvəlindən Azərbaycana ümumi çəkisi 363 ton olan 26 partiya hind quşu ətindən hazırlanmış yarımfabrikat ixrac edib.
Bu barədə “Report” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Başqırdıstan üzrə İdarəsinə istinadən xəbər verir.
"İlin əvvəlindən Başqırdıstandan Azərbaycana 26 partiya hind quşu ətindən hazırlanmış yarımfabrikat ixrac edilib, tədarükün ümumi həcmi 363 ton təşkil edib. İxracdan əvvəl ət məhsulları laboratoriya sınaqlarından keçib və idxalçı ölkənin tələblərinə uyğundur", - məlumatda qeyd olunub.
"Rosselxoznadzor”un məlumatına görə, hind quşu ətindən hazırlanmış yarımfabrikatların sonuncu partiyası dekabrın 10-da Başqırdıstanın Meleuz şəhərindəki müəssisə tərəfindən göndərilib: "Çəkisi 16 ton olan ət məhsulları avtomobil nəqliyyatı ilə göndərilib".