“Azərpambığ”ın ixrac gəlirləri 64 %-dən çox azalıb

ASK
  • 01 dekabr, 2023
  • 07:11
“Azərpambığ”ın ixrac gəlirləri 64 %-dən çox azalıb

Bu ilin yanvar-oktyabr aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 17,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 32,6 milyon ABŞ dolları və ya 64,6 % azdır.

Hesabat dövründə Azərbaycanın ümumi ixracı 29,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1 % artaraq 2,7 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.

Son xəbərlər

Bütün Xəbər Lenti