Azərbaycanın tərəvəz toxumu ixracının dəyəri 52 dəfə artıb
- 02 iyun, 2023
- 13:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 3,1 milyon ABŞ dolları dəyərində 13,95 ton tərəvəz toxumu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26,5 % çoxdur, kəmiyyət olaraq – 72,6 % azdır.
Azərbaycan Braziliyadan 469,34 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % çoxdur) 0,19 ton (+19 dəfə), Birləşmiş Tanzaniya Respublikasından 430,11 min ABŞ dolları dəyərində (+811 dəfə) 0,32 ton (+32 dəfə), Türkiyədən 416,39 min ABŞ dolları dəyərində (-17 %) 7,54 ton (-36 %), Hindistandan 312,66 min ABŞ dolları dəyərində (+3,3 %) 0,07 ton (-59 %), Tailanddan 301,65 min ABŞ dolları dəyərində (+16,2 %) 0,05 ton (+5 dəfə) məhsul alıb.
Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 134,5 min ABŞ dolları dəyərində (+52 dəfə) 5,42 ton (+88,2 %) tərəvəz toxumu ixrac edilib.
Türkiyəyə 127,65 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 4,32 min ABŞ dolları dəyərində (+67 %) 2,41 ton (-16 %) və Özbəkistana 2,49 min ABŞ dolları dəyərində 3 ton (bir il əvvəl tədarük olmayıb) toxum satılıb.