Azərbaycanın taxılçılıq müəssisəsi təşkilati-hüquqi formasını dəyişir

ASK
  • 12 oktyabr, 2021
  • 10:47
Azərbaycanın taxılçılıq müəssisəsi təşkilati-hüquqi formasını dəyişir

Noyabrın 9-da, saat 10:00-da “Şəki-Taxıl” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq müəssisənin yerləşdiyi Şəki şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi, 42 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin təşkilati-hüquqi formasının məhdud məsuliyyətli cəmiyyətə dəyişdirilməsi, nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi və təşkilati məsələlər daxildir.

Xatırladaq ki, “Şəki-Taxıl” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 166 152 manatdır.

44 filmi