Azərbaycandan Almaniyaya şəkər tədarükü bərpa edilib

ASK
  • 28 dekabr, 2021
  • 06:02
Azərbaycandan Almaniyaya şəkər tədarükü bərpa edilib

2021-ci ilin ilk 10 ayında Azərbaycandan xaricə 26,75 milyon ABŞ dolları dəyərində 50 min 762,89 ton şəkər göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 59,1 %, kəmiyyət olaraq – 30,52 % çoxdur.

Azərbaycandan şəkər bütövlükdə 16 ölkəyə ixrac edilib. İki il 7 aylıq fasilənin ardından Almaniyaya, 2 il 3 aylıq aradan sonra Qırğızıstana tədarük bərpa edilib.

Bu ilin yanvar-oktyabr aylarında şəkər ixrac etdiyimiz əsas ölkələr – TOP-5:

Ölkə

Həcm, ton

İllik dinamika

Dəyər, min ABŞ dolları

İllik dinamika

Türkmənistan

38 474,95

75,94 %

20 355,05

2,3 dəfə

Qırğızıstan

6 828,3

-

3 489,05

-

Tacikistan

3 456

3,4 dəfə

1 499,22

3,6 dəfə

Rusiya

821,16

11,2 %

766,83

42,9 %

İraq

533,57

-71,15 %

256,43

-64,1 %

Hesabat dövründə Azərbaycana 8,01 milyon ABŞ dolları dəyərində 15 min 006,45 ton şəkər idxal olunub ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 83,02 % və 88,8 % azdır. Bu məhsul ölkəmizə bütövlükdə 20 ölkədən tədarük edilib.

Bu ilin yanvar-oktyabr aylarında şəkər idxal etdiyimiz əsas ölkələr – TOP-5:

Ölkə

Həcm, ton

İllik dinamika

Dəyər, min ABŞ dolları

İllik dinamika

Türkiyə

8 030,39

267 dəfə

4 106,53

60,5 dəfə

Rusiya

5 217,13

-96,1 %

2 800,07

-93,98 %

Ukrayna

1 096,13

74,3 %

614,27

2 dəfə

Belarus

627,16

2,3 dəfə

425

3,6 dəfə

Finlandiya

12,75

-75 %

21,26

-75,38 %

Son xəbərlər

Bütün Xəbər Lenti