Azərbaycandakı aqroparklardan ötən il 23 min tondan çox meyvə yığılıb

Azərbaycandakı aqroparklardan ötən il 23 min tondan çox meyvə yığılıb 2021-ci ildə Azərbaycandakı aqrparklardan olan meyvə bağlarından 23 255 tondan çox məhsul əldə edilib.
ASK
17 Mart , 2022 17:15
Azərbaycandakı aqroparklardan ötən il 23 min tondan çox meyvə yığılıb

2021-ci ildə Azərbaycandakı aqrparklardan olan meyvə bağlarından 23 255 tondan çox məhsul əldə edilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, 2018-2021-ci illər ərzində aqroparklarda ümumi sahəsi 7 600 hektardan çox olan intensiv meyvə bağları salınıb ki, bu meyvə bağlarından 2021-ci ildə 17 min ton alma, 921 ton zeytun, 960 ton badam, 934,7 ton nar, 1356 ton üzüm, 715 ton şaftalı, 368 ton armud və s. yığılıb.

Bundan başqa, ötən il aqroparklarda 138 min ton buğda, 68 min ton arpa, 94 min ton dən qarğıdalı, 117 min ton şəkər çuğunduru, 71 min ton silos üçün qarğıdalı, 19 min ton pambıq, 2,3 min ton soya, 27 min ton yonca, 33 min ton süd və 2,3 min ton ət istehsal olunub.

Son xəbərlər

Orphus sistemi