2023-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 4 min müraciət üzrə 73,7 milyon manat güzəştli kredit və lizinq vəsaiti ayırıb.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bu kreditlərin verilməsi nəticəsində 355 daimi və müvəqqəti iş yeri açılıb.
Hesabat ilində 61 rayon (şəhər) üzrə fermerlərə becərdikləri əkin sahələrinə və çoxillik əkmələrə görə dövlət büdcəsinə vəsaiti hesabına ümumilikdə 262 milyon 491,9 min manat, o cümlədən 356,6 min fermerə 1 milyon 194,7 min hektar əsas əkinlərə 257 milyon 4,5 manat və 11,8 min fermerə 55 min hektar təkrar əkinlərə görə 5 milyon 487,3 min manat əkin subsidiyası ödənilib.
2023-cü ildə 149 toxum-ting istehsalçısına istehsal edib satdıqları 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərə görə ümumilikdə 6 milyon 002,3 min manat subsidiya verilib. Verilmiş subsidiyanın 5 milyon 429,5 min manatı taxıl toxumu istehsalçılarına, 63 min manatı qarğıdalı toxumu istehsalçılarına, 40,5 min manatı yonca toxumu istehsalçılarına, 63 min manatı qarğıdalı toxumu istehsalçılarına, 2,3 min manatı noxud toxumu istehsalçılarına, 14,2 min manatı tərəvəz toxumu istehsalçılarına, 17,2 min manatı pambıq toxumu istehsalçılarına, 138 min manatı meyvə tingi istehsalçılarıma və 40,2 min manatı çay ting istehsalçılarına ödənilib.