Azərbaycanda nar istehsalında yaranan əsas çətinliklər açıqlanıb

Azərbaycanda nar istehsalında yaranan əsas çətinliklər açıqlanıb Azərbaycanda nar istehsalında əsas çətinliklər ənənəvi metodlarla suvarma səbəbindən su itkisinin çox olması, fermerlərin maliyyə əlçatanlığında müəyyən problemlər yaşaması, zərərvericilərlə mübarizə üçün lazımi vasitələrin bahalığı və keyfiyyət göstərici
ASK
24 Dekabr , 2024 15:40
Azərbaycanda nar istehsalında yaranan əsas çətinliklər açıqlanıb

Azərbaycanda nar istehsalında əsas çətinliklər ənənəvi metodlarla suvarma səbəbindən su itkisinin çox olması, fermerlərin maliyyə əlçatanlığında müəyyən problemlər yaşaması, zərərvericilərlə mübarizə üçün lazımi vasitələrin bahalığı və keyfiyyət göstəricilərinin aşağı olması ilə bağlıdır.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.

Onun sözlərinə görə, nar bağlarının genişləndirilməsi və məhsuldarlığın artırılması üçün başlıca olaraq ənənəvi sortların inkişafı və bəzi yeni məhsuldar sortların yetişdirilməsi, uzunmüddətli güzəştli kreditlərin verilməsi, fermerlər üçün dəstək mexanizmləri lazımdır: “Bu əsasla biz keyfiyyətli nar bağlarının artırılmasına nail ola bilərik. Bundan başqa, ixrac zamanı 3 %-lik təşviq mexanizminin yenidən bərpa olunması fermer sahibkarların ixrac potensialının artırılması üçün mühüm addım ola bilər”.

F.Qaraşov qeyd edib ki, son illərdə nar şirəsi, nar konsentratı, nar yağı və digər məhsullara tələbin artması bu istiqamətdə addımlar atmağı zəruri edir: “Xüsusilə COVID-19 pandemiyası dövründə nar və nardan hazırlanan məhsullara tələbin artması bunu bir daha sübut edir. Düşünürük ki, gələcəkdə nar emal zavodlarının ölkədə inkişafı və regional olaraq artırılması maraqlarımız sırasındadır. Hazırda dünyada nar qabığından hazırlanan məmulatlara böyük tələbat var. Belə ki, bundan kosmetologiya daxil olmaqla bir çox sahələrdə istifadə edilir. Odur ki, hazırda nar qabığının, pərdəsinin emalı xüsusi əhəmiyyət kəsb edir”.

Son xəbərlər

Orphus sistemi