Azərbaycanda barama istehsalı 30 %-dən çox azalıb
- 17 sentyabr, 2022
- 07:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il sentyabr ayının 1-nə kimi Azərbaycanda qarğıdalı da daxil olmaqla tarlalardan 2 938,3 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 6 % az dənli və dənli paxlalı bitkilər yığılıb.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, hesabat dövründə 864,5 min ton (4,4 % çox) kartof, 1 442,7 min ton (1,3 % çox) tərəvəz, 455,3 min ton (1,9 % çox) bostan məhsulları, 479,3 min ton (11 % çox) meyvə və giləmeyvə, 73,6 min ton (2,4 % çox) üzüm, 760,8 ton (21,5 % az) yaşıl çay yarpağı, 22,4 min ton (1,4 % çox) günəbaxan, 6,9 min ton (86,8 % az) şəkər çuğunduru və 2,7 min ton (32,3 % az) tütün yığımı olub.
Bundan başqa, 8 ay ərzində ölkədə diri çəkidə ət istehsalı 1 il əvvələ nisbətən 2,9 % artaraq 364,2 min ton, süd istehsalı 1,7 % artaraq 1 457,6 min ton, yumurta istehsalı 4,2 % artaraq 1 323,3 milyon ədəd, yun istehsalı 1,6 % azalaraq 15,2 min ton, barama istehsalı 30,5 % azalaraq 341,4 ton təşkil edib.