Azərbaycan yumurta ixracını bərpa edib

ASK
  • 27 oktyabr, 2022
  • 12:42
Azərbaycan yumurta ixracını bərpa edib

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə 225,96 min ABŞ dolları dəyərində 4 milyon 320 min ədəd yumurta (inkubasiya üçün mayalanmış yumurtalardan başqa) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, sonuncu dəfə Azərbaycan 2019-cu ildə yumurta ixrac edib.

Bu il İraqa 90 min ABŞ dolları dəyərində 2 milyon 160 min ədəd, Birləşmiş Ərəb Əmirliklərinə 89,96 min ABŞ dolları dəyərində 1 milyon 440 min ədəd və Qətərə 46 min ABŞ dolları dəyərində 720 min ədəd məhsul satılıb.

Hesabat dövründə Azərbaycana 86,99 min ABŞ dolları dəyərində (-83,1 %) 1 milyon 129 min ədəd (-83 %) yumurta idxal edilib.

Tədarük ancaq Belarusdan həyata keçirlib ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə müvafiq olaraq 5,8 dəfə və 7,2 dəfə çoxdur.

Qeyd edək ki, ötən il Azərbaycanın xaricdən aldığı 17,2 milyon ədəd yumurtanın 62,1 %-i Belarusun, qalan hissəsi Ukraynanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti