Azərbaycan xaricdən soya yağının alışını kəskin artırıb
- 10 may, 2023
- 13:47
Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 526,2 min ABŞ dolları dəyərində 390 ton soya yağı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,2 dəfə, kəmiyyət olaraq – 4,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 524,67 min ABŞ dolları dəyərində 389,3 ton (bir il əvvəl tədarük olmayıb) və Türkiyədən 1,51 min ABŞ dolları dəyərində (-95,7 %) 0,56 ton (-97,7 %) məhsul gətirib.
Ötən ilin eyni dövründə Azərbaycan soya yağını Türkiyə (35,13 min ABŞ dolları dəyərində 24,3 ton) və Ukraynadan (90,25 min ABŞ dolları dəyərində 65 ton) tədarük edib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (3 ölkədən) idxal edilən 1 min 833 ton soya yağının 88,3 %-i Rusiyanın payına düşüb.