Azərbaycan Ukraynadan toxumluq kartof idxalını kəskin artırıb
- 25 fevral, 2023
- 13:38
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycana xaricdən 13,4 milyon ABŞ dolları dəyərində 37 min 961 ton toxumluq kartof gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 18,4 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 8,923 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,3 % çoxdur) 27 min 041 ton (+3,2 %), Gürcüstandan 2,246 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 6 min 807 ton (+2,3 dəfə), Almaniyadan 974,73 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 992,84 ton (+3 dəfə), Ukraynadan 708,4 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 2 min 146 ton (+2,8 dəfə), Türkiyədən 268,6 min ABŞ dolları dəyərində (-45 %) 697,61 ton (-44,6 %) məhsul alıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın idxal etdiyi (8 ölkədən) 32,1 min ton toxumluq kartofun 82 %-i Rusiyanın payına düşüb.