Azərbaycan Türkiyədən tütün idxalına çəkdiyi xərci 114 dəfə artırıb

ASK
  • 08 iyul, 2023
  • 13:16
Azərbaycan Türkiyədən tütün idxalına çəkdiyi xərci 114 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 26,261 milyon ABŞ dolları dəyərində tütün məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 175,5 % və ya 22,8 dəfə çoxdur.

Təkcə iyunda isə Türkiyə Azərbaycana 7,191 milyon ABŞ dollarlı dəyərində tütün məhsulları ixrac edib ki, bu da illik müqayisədə 11 293,1 % və ya 113,9 dəfə çoxdur.

6 ayda Türkiyənin tütün məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 27,6 % artaraq 456,957 milyon ABŞ dollarına, iyun ayında isə 2,6 % artaraq 80,870 milyon ABŞ dollarına çatıb.