Azərbaycan Türkiyədən soğan alışını bərpa edib

ASK
  • 06 avqust, 2025
  • 11:41
Azərbaycan Türkiyədən soğan alışını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 5,96 milyon ABŞ dolları dəyərində 14 821 ton soğan idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 81 %, kəmiyyət olaraq – 80 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 2,43 milyon ABŞ dolları dəyərində 6 071 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 1,36 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 56 % az) 3 393 ton (-56 %), Qazaxıstandan 1,21 milyon ABŞ dolları dəyərində (+18 dəfə) 3 020 ton (+18 dəfə), Özbəkistandan 824 min ABŞ dolları dəyərində 2 060 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 95,2 min ABŞ dolları dəyərində 195,2 ton məhsul alıb.

Azərbaycan 2 ilin tamamında Türkiyədən soğan tədarükünü bərpa edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 8 828 ton soğanın 94,2 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti