Azərbaycan Türkiyədən küncüt toxumunun alışını 44 dəfə artırıb
- 26 may, 2023
- 12:50
Bu ilin yanvar-mart aylarında Azərbaycan xaricdən 481,24 min ABŞ dolları dəyərində 226,96 ton küncüt toxumu alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7,8 dəfə, kəmiyyət olaraq – 6,7 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Hindistandan 325,53 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 dəfə çoxdur) 159,47 ton (+30 dəfə), Pakistandan 65,39 min ABŞ dolları dəyərində 27 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 59,8 min ABŞ dolları dəyərində (+15 dəfə) 22,64 ton (+44 dəfə), İrandan 30,26 min ABŞ dolları dəyərində (+7,7 dəfə) 17,8 ton (+7,8 dəfə), Birləşmiş Ərəb Əmirliklərindən 0,15 min ABŞ dolları dəyərində 0,04 ton (bir il əvvəl tədarük olmayıb) məhsul idxal edib.
2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilən 346 ton küncüt toxumunun 62 %-i Hindistanın payına düşüb.