Azərbaycan Tailanddan banan alışını bərpa edib
- 29 yanvar, 2025
- 11:42
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 44,3 milyon ABŞ dolları dəyərində 53 271 ton banan gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 14 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ekvadordan 44 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % çoxdur) 53 037 ton (+13 %), Kosta-Rikadan 193 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 229 ton (+83 %), İrandan 11,9 min ABŞ dolları dəyərində (+9 dəfə) 1,92 ton (+9 dəfə), Filippindən 9,14 min ABŞ dolları dəyərində (+11 %) 1,5 ton (+9 %), Tailanddan 3,6 min ABŞ dolları dəyərində 0,51 ton məhsul alıb.
Azərbaycan 8 il 10 aylıq fasilənin ardından Tailanddan banan tədarükünü bərpa edib.