Azərbaycan Tacikistanla aqrar sahədə əməkdaşlığı inkişaf etdirmək istəyir

Azərbaycan Tacikistanla aqrar sahədə əməkdaşlığı inkişaf etdirmək istəyir Azərbaycan və Tacikistan ənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
ASK
1 Noyabr , 2023 14:28
Azərbaycan Tacikistanla aqrar sahədə əməkdaşlığı inkişaf etdirmək istəyir

Azərbaycan və Tacikistan kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

"Report" Tacikistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu istiqamətdə razılıq Tacikistanın Bakıdakı səfiri İlxom Abduraxmon və Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov arasında keçirilmiş görüşdə əldə edilib.

Tərəflər iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətini, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, aqrar sahədə ikitərəfli əməkdaşlığın inkişafına kömək etməyə hazır olduqlarını bildiriblər.

Qeyd edilib ki, müvafiq qurumlar kənd təsərrüfatının rəqəmsallaşdırılması sahəsində kadr hazırlığı, təlim və təcrübə mübadiləsi ilə məşğul olacaqlar.

Son xəbərlər

Orphus sistemi