Azərbaycan Rusiyadan taxıl idxalını 9% artırıb

Azərbaycan Rusiyadan taxıl idxalını 9% artırıb Azərbaycan bu il taxıl idxalını (əsasən buğda) 1,3 mln. tona çatdırıb
ASK
11 İyul , 2017 14:48
Azərbaycan Rusiyadan taxıl idxalını 9% artırıb
agroinvestor.ru

Bakı. 11 iyul. REPORT.AZ/ Rusiya 2016/17-ci kənd təsərrüfatı ilində Asiya ölkələrinə taxıl ixracını artırıb. 

"Report"un "Agroinvestor" agentliyinə istinadən verdiyi məlumata görə, həmin dövrdə bu ölkədən taxıl idxal edən əsas 15 ölkə, Rusiyanın ümumi ixracının 71,5%-ni təmin edib. Bir sözlə, bu ölkələr birlikdə Rusiyadan 24 mln. tondan çox taxıl alıb.

Rusiya taxılının əsas alıcısı kimi ənənəvi olaraq Misir qalıb. 11 ayın nəticəsinə əsasən, Misir Rusiyadan 6,9 mln. ton taxıl alıb. Bu, 2015/16-cı kənd təsərrüfatı ili ilə müqayisədə 14% çoxdur.

Qeyd edilən dövrün iyul-may aylarında 3,07 mln. ton taxıl (ötən il 4,16 mln. ton) alan Türkiyə ikinci olub. Rusiyadan idxalı 70%-dən çox artıran Banqladeş isə 1,96 mln. ton taxıl alıb. Əsas idxalçılar sırasında İran 4-cü olub. Belə ki, İslam ölkəsi Rusiyadan 1,5 mln. ton (əsasən qarğıdalı və arpa) taxıl idxal edib. 6-cı yerdən 5-ci yerə yüksələn Azərbaycan taxıl idxalını (əsasən buğda) 9%-dən çox artırıb və 1,3 mln. tona çatdırıb.

Taxıl alıcılarının ilk 15-liyinə həmçinin Yəmən, Səudiyyə Ərəbistanı, Nigeriya, Livan, Cənubi Koreya, Sudan, Mərakeş, Vyetnam, Liviya və İsrail daxil olub. 

Son xəbərlər

Orphus sistemi