Azərbaycan Rusiyadan səməni idxalını kəskin artırıb
- 01 iyun, 2023
- 13:33
Bu ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 3,4 milyon ABŞ dolları dəyərində 4 min 662 ton səməni gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 93 %, kəmiyyət olaraq – 63,3 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 3 min 210 ton (+88 %), Almaniyadan 1,41 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 1 min 188 ton (+50 %), Belarusdan 96 min ABŞ dolları dəyərində 205 ton (bir il əvvəl tədarük olmayıb), Slovakiyadan 42 min ABŞ dolları dəyərində (+17 %) 39 ton (-11,4 %), Belçikadan 22,64 min ABŞ dolları dəyərində 20,4 ton (2 il 1 aydan sonra tədarük bərpa edilib) məhsul idxal edib.
2022-ci ildə Azərbaycana (9 ölkədən) idxal edilən 17,5 min ton səməninin 68 %-i Rusiyanın payına düşüb.