Azərbaycan Rusiyadan qoyun alışını kəskin artırıb

ASK
  • 31 iyul, 2023
  • 12:58
Azərbaycan Rusiyadan qoyun alışını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 2,83 milyon ABŞ dolları dəyərində 32 min 152 ədəd diri qoyun gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 36 %, kəmiyyət olaraq – 78 % çoxdur.

Hesabat dövründə Azərbaycana Rusiyadan 1,734 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,6 dəfə çoxdur) 21 min 127 ədəd (+2,7 dəfə), Gürcüstandan 778,74 min ABŞ dolları dəyərində (+43 %) 10 min 435 ədəd (+26 %) və Türkiyədən 317,62 min ABŞ dolları dəyərində (-63 %) 590 ədəd (-71 %) heyvan gətirilib.

2022-ci ildə Azərbaycana (Gürcüstan, Rusiya, Türkiyə və Bolqarıstandan) idxal edilən 194 min 562 ədəd mal-qaranın 90,4 %-i Gürcüstanın payına düşüb.