Azərbaycan Rusiyadan heyvan yemi idxalını kəskin artırıb

ASK
  • 18 aprel, 2023
  • 13:38
Azərbaycan Rusiyadan heyvan yemi idxalını kəskin artırıb

Bu ilin ilk iki ayı ərzində Azərbaycan xarici ölkələrdən 5,45 milyon ABŞ dolları dəyərində 13 min 224 ton heyvan yemi (bitki mənşəli məhsullar, bitki tullantıları və qalıqları) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,3 %, kəmiyyət olaraq – 7,7 % çoxdur.

Azərbaycan Rusiyadan 3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 64 % çoxdur) 9 min 196 ton (+55 %), Ukraynadan 1,722 milyon ABŞ dolları dəyərində (+7,7 %) 2 min 851 ton (+0,7 %), Argentinadan 431 min ABŞ dolları dəyərində (-78,7 %) 627 ton (-82 %) və Braziliyadan 384 min ABŞ dolları dəyərində 550 ton (bir il əvvəl tədarük olmayıb) yem alıb.

Hesabat dövründə Azərbaycan xaricə 1,16 milyon ABŞ dolları dəyərində (-52 %) 4 min 904 ton (-56 %) heyvan yemi satıb.

Türkiyəyə 676,41 min ABŞ dolları dəyərində (-60 %) 2 min 431 ton (-68 %), İrana 433,1 min ABŞ dolları dəyərində (-29 %) 2 min 213 ton (-25,3 %) və Tacikistana 49,33 min ABŞ dolları dəyərində (-48 %) 260 ton (-43 %) məhsul ixrac edilib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilən 134 min 145 ton heyvan yeminin 45,7 %-i Argentinanın, 30,3 %-i Rusiyanın payına düşüb.

44 filmi