Azərbaycan Rusiyadan dondurulmuş meyvə alışını 17 dəfə artırıb
- 29 may, 2023
- 13:32
Bu ilin yanvar-mart aylarında Azərbaycan xaricdən 45 min ABŞ dolları dəyərində 17,3 ton dondurulmuş meyvə (çiyələk və bağ çiyələyi, moruq, böyürtkən, tut giləmeyvəsi və ya çəkil, loqanov giləmeyvəsi, qara, ağ və ya qırmızı qarağat və firəng üzümü, digər) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 62 %, kəmiyyət olaraq – 64 % azdır.
Azərbaycan Çindən 11,12 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % çoxdur) 5 ton (+25 %), Belçikadan 9,49 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 2,91 ton (+3,2 dəfə), Polşadan 9 min ABŞ dolları dəyərində (-86 %) 3,1 ton (-90 %), Rusiyadan 8,1 min ABŞ dolları dəyərində (+8,7 dəfə) 3 ton (+17 dəfə), İrandan 6 min ABŞ dolları dəyərində 3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilən 276 ton dondurulmuş meyvənin 47 %-i Çinin, 37,5 %-i Polşanın payına düşüb.