Azərbaycan Rusiyadan alma tədarükünü bərpa edib

ASK
  • 01 fevral, 2022
  • 12:41
Azərbaycan Rusiyadan alma tədarükünü bərpa edib

2021-ci ilin 11 ayı ərzində Azərbaycan xaricdən 114,2 min ABŞ dolları dəyərində 226,05 ton alma alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 71,45 %, kəmiyyət olaraq – 55,88 % azalıb.

Hesabat dövründə Rusiyadan 60,18 min ABŞ dolları dəyərində 148,56 ton, Gürcüstandan 54,02 min ABŞ dolları dəyərində 77,49 ton məhsul gətirilib.

Əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə Gürcüstandan idxal müvafiq olaraq 82,18 % və 79,28 % azalıb. 2020-ci ilin müvafiq dövründə Rusiyadan Azərbaycana alma tədarük olunmayıb.