Azərbaycan Qətərə şabalıd ixracına başlayıb
- 24 fevral, 2023
- 11:34
Ötən il ərzində Azərbaycana xaricdən 2,97 milyon ABŞ dolları dəyərində 1 min 307 ton şabalıd (qabıqlı və qabığı təmizlənmiş) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 55 %, kəmiyyət olaraq – 38 % çoxdur.
Azərbaycan Çindən 2,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,8 dəfə çoxdur) 914 ton (+2,9 dəfə), Gürcüstandan 578 min ABŞ dolları dəyərində (-33 %) 301 ton (-40 %) və Türkiyədən 184 min ABŞ dolları dəyərində (-30 %) 91,1 ton (-29 %) məhsul alıb.
Hesabat dövründə Azərbaycandan 1,14 min ABŞ dolları dəyərində (+81 %) 0,3 ton (-9 %) xarici ölkələrə şabalıd ixrac edilib.
Rusiyaya 0,76 min ABŞ dolları dəyərində (+21 %) 0,25 ton (-24 %) və Qətərə 0,38 min ABŞ dolları dəyərində 0,05 ton məhsul satılıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərə tədarük həyata keçirilib.