Azərbaycan pomidor ixracından gəlirlərini 11 %-ə yaxın artırıb
- 30 dekabr, 2024
- 06:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 155,4 milyon ABŞ dolları dəyərində pomidor (tomat) ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 milyon ABŞ dolları və yaxud 10,6 % çoxdur.
Təkcə noyabrda isə Azərbaycan 13,4 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 1 milyon ABŞ dolları və yaxud 6,9 % azdır.
11 ay ərzində Azərbaycanın qeyri-neft-qaz ixracının dəyəri illik müqayisədə 1,9% artaraq 3,1 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə yeyinti məhsullarının ixrac dəyəri isə 12,3 % artaraq 923 milyon ABŞ dolları olub.