Azərbaycan Panamadan yemiş alışını bərpa edib

ASK
  • 03 iyul, 2023
  • 08:30
Azərbaycan Panamadan yemiş alışını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 18,2 min ABŞ dolları dəyərində 22,1 ton yemiş gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7,4 %, kəmiyyət olaraq – 5,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 8,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 % azdır) 11,8 ton (-2,4 %), Braziliyadan 6,45 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 6,45 ton (+2,4 dəfə), Türkiyədən 1,3 min ABŞ dolları dəyərində (+46 %) 1,7 ton (+37,1 %), Panamadan 1,1 min ABŞ dolları dəyərində 1,1 ton və Kosta-Rikadan 1,05 min ABŞ dolları dəyərində (-78,8 %) 1,05 ton (-78,8 %) məhsul alıb.

Azərbaycan 5 il 5 aylıq fasilənin ardından Panamadan yemiş tədarükünü bərpa edib.