Azərbaycan Pakistandan portağal tədarükünü bərpa edib

ASK
  • 02 iyun, 2023
  • 12:15
Azərbaycan Pakistandan portağal tədarükünü bərpa edib

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 6,9 milyon ABŞ dolları dəyərində 9 min 783 ton portağal gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8,7 %, kəmiyyət olaraq – 9,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 5,47 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % çoxdur) 7 min 817 ton (+40 %), Türkiyədən 1,33 milyon ABŞ dolları dəyərində (-50 %) 1 min 864 ton (-49,6 %), Misirdən 62,3 min ABŞ dolları dəyərində (-91,3 %) 77,86 ton (-91,1 %), Pakistandan 17,6 min ABŞ dolları dəyərində 22 ton, Çindən 2,66 min ABŞ dolları dəyərində 0,5 ton və İspaniyadan 1,54 min ABŞ dolları dəyərində (+88 %) 1,93 ton (+93 %) məhsul alıb.

Azərbaycan 7 il 2 ayın tamamında Pakistandan və 4 il 9 aylıq fasilənin ardından Çindən portağal alışını bərpa edib.