Azərbaycan Misirdən küncüt toxumunun alışını bərpa edib

ASK
  • 13 may, 2023
  • 11:37
Azərbaycan Misirdən küncüt toxumunun alışını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 332,4 min ABŞ dolları dəyərində 154,38 ton küncüt toxumu alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,7 dəfə, kəmiyyət olaraq – 4,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Hindistandan 177,53 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 dəfə çoxdur) 87,11 ton (+15,8 dəfə), Pakistandan 65,39 min ABŞ dolları dəyərində 27 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 59,1 min ABŞ dolları dəyərində (+30 dəfə) 22,46 ton (+80 dəfə), İrandan 30,26 min ABŞ dolları dəyərində (+18 dəfə) 17,8 ton (+18 dəfə), Misirdən 0,05 min ABŞ dolları dəyərində 0,01 ton məhsul idxal edilib.

Bir il 9 aylıq fasilənin ardından Azərbaycan Misirdən küncüt toxumunun alışını bərpa edib.