Azərbaycan meşə fındığı ixracından gəlirini 2 dəfə artırıb
- 03 mart, 2026
- 14:39
Bu ilin yanvar ayında Azərbaycan 2 min 291 ton meşə fındığı ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meşə fındığının dəyəri 29 milyon 433 min ABŞ dolları olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından isə 266 ton (13,1 %), dəyər baxımından isə 15 milyon 388 min (2 dəfə) çoxdur.
Hesabat dövründə meşə fındığı ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 1,3 % -ni təşkil edib.
Xatırladaq ki, yanvarda Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.
Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.