Azərbaycan Malayziyaya çay ixracını bərpa edib
- 07 fevral, 2025
- 16:15
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 5,51 milyon ABŞ dolları dəyərində 594 ton qara çay ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 13,5 % azdır.
Hesabat dövründə Azərbaycan Gürcüstana 2,62 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % azdır) 288 ton (-9 %), Ukraynaya 1,54 milyon ABŞ dolları dəyərində (+22 %) 171 ton (+20 %), Səudiyyə Ərəbistanına 475 min ABŞ dolları dəyərində (+3 dəfə) 45 ton (+3 dəfə), Təyin olmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 174 min ABŞ dolları dəyərində (+21 %) 10,4 ton (+11 %), Almaniyaya 124 min ABŞ dolları dəyərində (+4 dəfə) 10,7 ton (+3,7 dəfə) məhsul satıb.
Azərbaycan 3 il 7 aylıq fasilənin ardından Malayziyaya (0,14 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycandan 25 ölkəyə ixrac edilmiş 663 ton qara çayın 52,2 %-i Gürcüstanın payına düşüb.