Azərbaycan Latviyadan kərə yağı tədarükünü bərpa edib
- 22 dekabr, 2021
- 07:33
Bu ilin ilk 10 ayında Azərbaycana xaricdən 59,188 milyon ABŞ dolları dəyərində 11 min 458 ton kərə yağı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 2,77 %, kəmiyyət olaraq – 6,84 % azalıb. Üçillik aradan sonra Azərbaycan yenidən Latviyadan kərə yağı tədarük etməyə başlayıb.
2021-ci ilin yanvar-oktyabr aylarında kərə yağı idxal etdiyimiz əsas ölkələr – TOP-10:
| Ölkə | Həcm, ton | İllik dinamika | Dəyər, min ABŞ dolları | İllik dinamika |
| Yeni Zelandiya | 5486,86 | -6,41 % | 28182,88 | -1,27 % |
| Ukrayna | 2327,85 | -28,41 % | 11927,17 | -26,49 % |
| Belarus | 1385,35 | 0,1 % | 7171,9 | -1,89 % |
| Finlandiya | 599,69 | 21,35 % | 3363,59 | 33,21 % |
| Fransa | 310,84 | -13,51 % | 1874,98 | -4,76 % |
| Polşa | 322,5 | 2,2 dəfə | 1566,38 | 2,8 dəfə |
| Rusiya | 267,58 | 3 dəfə | 1363,27 | 3,2 dəfə |
| Almaniya | 202,62 | -22,84 % | 1058,96 | -11,86 % |
| Türkiyə | 156,07 | 6 dəfə | 804,5 | 4,4 dəfə |
| İran | 191,08 | 191 dəfə | 770,69 | 192 dəfə |