Azərbaycan Kolumbiyadan xam şəkər idxalını 5 dəfədən çox artırıb

ASK
  • 02 iyul, 2024
  • 09:24
Azərbaycan Kolumbiyadan xam şəkər idxalını 5 dəfədən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 30,53 milyon ABŞ dolları dəyərində 48 min 206 ton xam şəkər idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 41 % azdır.

Hesabat dövründə Azərbaycan Braziliyadan 22,438 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 54 % azdır) 36 min ton (-56 %), Rusiyadan 7,97 milyon ABŞ dolları dəyərində 12 min ton (bir il əvvəl tədarük olmayıb), Kolumbiyadan 87 min ABŞ dolları dəyərində (+5,4 dəfə) 44,38 ton (+5,3 dəfə), Mavrikiyadan 26,94 min ABŞ dolları dəyərində (+3 dəfə) 9,14 ton (+2,7 dəfə), Almaniyadan 0,76 min ABŞ dolları dəyərində (+73 %) 0,19 ton (+36 %) məhsul alıb.

2023-cü ildə Azərbaycana 9 ölkədən idxal edilmiş 258,7 min ton xam şəkərin 94,5 %-i Braziliyanın payına düşüb.