Azərbaycan Kiprdən portağal tədarük etməyə başlayıb
- 31 may, 2024
- 11:08
Bu ilin yanvar-mart aylarında Azərbaycan 9,12 milyon ABŞ dolları dəyərində 12 min 979 ton portağal idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 33 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 7,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 44,4 % çoxdur) 11 min 285 ton (+44 %), Türkiyədən 907 min ABŞ dolları dəyərində (-32 %) 1 min 291 ton (-31 %), Misirdən 269 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 336 ton (+4,3 dəfə), Kiprdən 46 min ABŞ dolları dəyərində 65,46 ton, İspaniyadan 1,1 min ABŞ dolları dəyərində (-29 %) 1,36 ton (-30 %) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kiprdən tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycana 8 ölkədən idxal edilmiş 19,6 min ton portağalın 69,3 %-i İranın, 18,8 %-i Türkiyənin payına düşüb.