Azərbaycan Kanadaya karbamid satmağa başlayıb

ASK
  • 15 aprel, 2025
  • 15:33
Azərbaycan Kanadaya karbamid satmağa başlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 36 milyon ABŞ dolları dəyərində 122 361 ton karbamid ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 72 %, kəmiyyət olaraq – 5,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynaya 33,67 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 4 dəfə çoxdur) 113 810 ton (+2,7 dəfə), Rumıniyaya 1,36 milyon ABŞ dolları dəyərində (-70 %) 5 072 ton (-82 %), Türkiyəyə 814 min ABŞ dolları dəyərində (-89 %) 3 015 ton (-93 %) və Kanadaya 139,1 min ABŞ dolları dəyərində 463,6 ton məhsul satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kanadaya tədarük həyata keçirilib.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 564 922 ton karbamidin 50 %-i Ukraynanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti