Azərbaycan İtaliyadan soğan tədarükünə başlayıb

ASK
  • 10 mart, 2023
  • 08:50
Azərbaycan İtaliyadan soğan tədarükünə başlayıb

Ötən il ərzində Azərbaycandan xarici ölkələrə 3,35 milyon ABŞ dolları dəyərində 12 min 939 ton soğan ixrac edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 6 % azdır.

Azərbaycan Gürcüstana 1,62 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 90 % çoxdur) 8 min 519 ton (+40 %), Rusiyaya 1,348 milyon ABŞ dolları dəyərində (-50 %) 2 min 960 ton (-53 %), Ukraynaya 271,23 min ABŞ dolları dəyərində (+48 %) 954,54 ton (-8 %), Belarusa 57,95 min ABŞ dolları dəyərində 230,19 ton (2 il 7 aydan sonra tədarük bərpa edilib), Pakistana 19,6 min ABŞ dolları dəyərində 97,7 ton (5 il 2 aydan sonra tədarük bərpa edilib) məhsul satıb.

Hesabat dövründə Azərbaycana 162 min ABŞ dolları dəyərində (-97 %) 398 ton (-97 %) soğan idxal edilib.

Rusiyadan 154 min ABŞ dolları dəyərində (-96 %) 383 ton (-96 %), Niderlanddan 7,27 min ABŞ dolları dəyərində (-30 %) 13,2 ton (-25 %) və İtaliyadan 0,69 min ABŞ dolları dəyərində 1,25 ton məhsul alınıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İtaliyadan tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti