Azərbaycan İtaliyadan kivi alışını kəskin artırıb
- 02 avqust, 2023
- 08:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 2,02 milyon ABŞ dolları dəyərində 2 min 863 ton kivi idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8,6 %, kəmiyyət olaraq – 8,8 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8,8 % çoxdur) 2 min 858 ton (+8,8 %), Çindən 14,64 min ABŞ dolları dəyərində (+0,01 %) 4 ton (dəyişməyib), İtaliyadan 1,41 min ABŞ dolları dəyərində (+8,5 %) 1 ton (+6,3 dəfə) və Yunanıstandan 0,04 min ABŞ dolları dəyərində 0,03 ton (7 il 2 aydan sonra tədarük bərpa edilib) məhsul alıb.
2022-ci ildə Azərbaycana (6 ölkədən) idxal edilən 3 min 899 ton kivinin 98,7 %-i İranın payına düşüb.