Azərbaycan İspaniyadan bal tədarükünü bərpa edib
- 20 dekabr, 2021
- 13:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 10 ayında Azərbaycan 502,22 min ABŞ dolları dəyərində 99,93 ton təbii bal idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2020-ci ilin yanvar-oktyabr aylarının göstəricilərindən dəyər ifadəsində 41,1 %, kəmiyyət olaraq - 2,23 % çoxdur. Üçillik aradan sonra ölkəmizə İspaniyadan bal tədarükü bərpa olunub.
2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın təbii bal idxal etdiyi əsas ölkələr – TOP-5:
| Ölkə | Həcm, ton | İllik dinamika | Dəyər, min ABŞ dolları | İllik dinamika |
| Rusiya | 34,45 | 2,7 dəfə | 172,46 | 2,8 dəfə |
| Türkiyə | 25,28 | 6,35 % | 167,16 | 24,3 % |
| İran | 33,06 | -40 % | 96,58 | -13 % |
| İspaniya | 3,48 | - | 33,76 | - |
| Almaniya | 1,71 | 18,57 % | 15,25 | -16,1 % |
Hesabat dövründə Azərbaycandan 4,33 min ABŞ dolları dəyərində 0,36 ton təbii bal ixrac olunub ki, bu da əvvəlki ilin eyni vaxtı ilə müqayisədə müvafiq 14,55 % və 2,6 dəfə çoxdur. Balımız Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və təyin olunmayan ölkəyə satılıb. Ötən ilin eyni dövründə Azərbaycan balı Çinə və təyin olunmayan ölkəyə tədarük olunub. Sonuncunun ixracdakı payı 99,74 % olub.