Azərbaycan iki ölkədən toyuq ətinin alışını kəskin artırıb

ASK
  • 18 iyun, 2025
  • 14:23
Azərbaycan iki ölkədən toyuq ətinin alışını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 17,2 milyon ABŞ dolları dəyərində 11 139 ton toyuq əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 % az, kəmiyyət olaraq – 9,4 % çoxdur.

Hesabat dövründə Azərbaycana Ukraynadan 8,5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 16 % çoxdur) 5 359 ton (+16 %), Rusiyadan 4,5 milyon ABŞ dolları dəyərində (-27 %) 2 850 ton (-11 %), Belarusdan 2,42 milyon ABŞ dolları dəyərində (+90 %) 2 219 ton (+2,6 dəfə), Özbəkistandan 734 min ABŞ dolları dəyərində (+3 dəfə) 260 ton (+3,3 dəfə), Gürcüstandan 697 min ABŞ dolları dəyərində (-74 %) 273 ton (-80 %) məhsul gətirilib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 38 534 ton toyuq ətinin 42,5 %-i Ukraynanın, 34,4 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti