Azərbaycan əsas tədarük bazarlarından yer fıstığı alışını kəskin artırıb

ASK
  • 03 may, 2023
  • 06:11
Azərbaycan əsas tədarük bazarlarından yer fıstığı alışını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 1,671 min ABŞ dolları dəyərində 1 min 168 ton yer fıstığı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7,4 % çoxdur, kəmiyyət olaraq – 0,5 % azdır.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 548,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 48 % azdır) 433,3 ton (-49 %), Hindistandan 436,92 min ABŞ dolları dəyərində (+10 dəfə) 307 ton (+11,4 dəfə), Braziliyadan 306,51 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 193 ton (+2,6 dəfə), Argentinadan 272 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 175 ton (+3,5 dəfə), Türkiyədən 48 min ABŞ dolları dəyərində (-78 %) 26 ton (-83 %) məhsul alıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (8 ölkədən) idxal edilən 5 min 842 ton yer fıstığının 45,8 %-i Özbəkistanın, 25,3 %-i Braziliyanın, 13,4 %-i Türkiyənin, 13,3 %-i Argentinanın payına düşüb.