Azərbaycan əsas tədarük bazarından qoyun idxalını 3 dəfəyə yaxın artırıb

ASK
  • 25 fevral, 2023
  • 09:46
Azərbaycan əsas tədarük bazarından qoyun idxalını 3 dəfəyə yaxın artırıb

Ötən ilin 12 ayı ərzində Azərbaycan xaricdən 15,9 milyon ABŞ dolları dəyərində 194 min 562 ədəd diri qoyun alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 65 % çoxdur.

Hesabat dövründə Gürcüstandan 13,661 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 175 min 914 ədəd (+2,7 dəfə), Rusiyadan 1,31 milyon ABŞ dolları dəyərində (-61 %) 16 min 523 ədəd (-63 %), Türkiyədən 869,14 min ABŞ dolları dəyərində (-17 %) 2 min 037 ədəd (-7 %) və Bolqarıstandan 60,2 min ABŞ dolları dəyərində (+10 dəfə) 88 ədəd (+9 dəfə) heyvan gətirilib.

Qeyd edək ki, Azərbaycanın 2021-ci ildə idxal etdiyi (5 ölkədən) 117 min 574 ədəd diri qoyunun 56 % -i Gürcüstanın payına düşüb.