Azərbaycan əsas tədarük bazarına mandarin ixracını 13 dəfə artırıb

ASK
  • 12 aprel, 2023
  • 05:57
Azərbaycan əsas tədarük bazarına mandarin ixracını 13 dəfə artırıb

Bu ilin yanvar ayında Azərbaycan 186,8 min ABŞ dolları dəyərində 251 ton mandarin idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 55 %, kəmiyyət olaraq – 57 % azdır.

Azərbaycan Türkiyədən 97,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 72 % azdır) 139 ton (-72 %), Pakistandan 89 min ABŞ dolları dəyərində (+65 %) 111 ton (+65 %) və İrandan 0,8 min ABŞ dolları dəyərində (-95 %) 1,1 ton (-95 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycan xarici ölkələrə 454,1 min ABŞ dolları dəyərində (+14 dəfə) 667,4 ton (+13 dəfə) mandarin satıb.

Rusiyaya 449 min ABŞ dolları dəyərində (+14 dəfə) 661,3 ton (+13 dəfə), Qazaxıstana 3,2 min ABŞ dolları dəyərində 6 ton (bir il əvvəl tədarük olmayıb) və Yaponiyaya 1,9 min ABŞ dolları dəyərində 0,06 ton (bir il əvvəl tədarük olmayıb) meyvə ixrac olunub.

2022-ci ildə Azərbaycandan (4 ölkəyə) ixrac edilən 4 min 552 ton mandarinin 99,3 %-i Rusiyanın payına düşüb.

44 filmi